«Media forum» saytının məlumatına görə, sənəddə İranda insan hüquqlarının pozulması faktları sadalanır, daşqalaq kimi vəhşi edam üsulunun təbiqi pislənir, ölkə həbsxanalarında məhbuslara işgəncələr verildiyi vurğulanır.
Qətnamədə İran hökumətindən vətəndaşlara qarşı təqib və təzyiqlərə son qoyulması tələb edilir: «Müxtəlif dinlərə tapınan insanların, ayrı-ayrı xalqların və etnik qrupların nümayəndələrinin təqibinə son qoyun».

































