|
|
Güneyli fəal, 13 gün əvvəl həbs edilərək Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanan Tehran Azad Universitetinin tələbəsi Sirus Hüseyn Nejad mülk girovu müqabilində azadlığa buraxılıb.
«Media forum» saytının məlumatına görə, güneyli fəal Sirus Hüseyn Nejad 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə qarşı düzənlənən etiraz aksiyalarına qatıldığı üçün də tutularaq 40 gün həbsdə yatmışdı.
Güney mənbələrinin yaydığı digər bir xəbərdə isə bildirilir ki, noyabrın 9-da Təbrizin Qara ağac məhəlləsindəki evində ETTELAAT əməkdaşlarının həbs etdiyi Güney Azərbaycan milli hərəkatının fəal üzvü, jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami Təbriz zindanına köçürülüb.
Ş.Qulaminin dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıldığı vurğulanır.
«Media forum»



































