Şahnaz Qulami
Güney mənbələrinin məlumatına görə, Ş.Qulaminin saxlandığı kamera son dərəcə soyuqdur, ona yatmaq və qızınmaq üçün yalnız çirkli, üfunət qoxuyan nazik yorğan-döşək verilib və bu vəziyyət bir neçə xəstəlikdən əziyyət çəkən jurnalistin həyatını ciddi təhlükə ilə üz-üzə qoyub.

Ş.Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.
Qeyri-rəsmi mənbələr Ş.Qulaminin bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla biləcəyi ehtimalını irəli sürür.

































