
İlkin etimala görə, «Aqos» qəzetinin baş redaktoru Hrant Dinki 18-19 yaşlı gənc qətlə yetirib. Lakin şahidlər onu 25-30 yaşlarında, təxminən 165 santimetr uzunluğunda boyu olan bir şəxsin öldürdüyünü də deyirlər. Şahidlər 3-4 atəş səsini eşitdiklərini bildirirlər.
Qatilin metroya tərəf qaçdığı haqda da şahid ifadələri var. Hazırda İstanbul metrosunda və ətraf bölgədə polis axtarışa başlayıb. Hadisə yerini polis ciddi nəzarətə götürüb.
Hazırda H.Dinkin ailə üzvləri, dostları və erməni icmasının nümayəndələri «Aqos» qəzeti redaksiyasının yerləşdiyi ofisin qarşısına toplanıb.
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın baş vermiş hadisə ilə bağlı açıqlama ilə çıxış edəcəyi gözlənilir.
Hrant Dink Türkiyədə doğulub. 1961-ci ildə atası anasından ayrıldığı üçün Hrant və iki qardaşı Gədik Paşadakı yetimxanada böyüyüblər.
Liseyi bitirəndən sonra İstanbul Universitetində zoologiya fakültəsində təhsil alıb. Uşaq evində birlikdə böyüdüyü Rakellə ailə qurub. Türkiyədə solçuluq ideyologiyasının tərəfdaşlarından biri, qeyri-leqal şəkildə fəaliyyət göstərən Türkiyə Kommunist Partiyasının üzvü olub.
Siyasi fəaliyyətinə görə saxlanılarkən Hrant Dink adının erməni icması ilə assosiyasiya olunmamısı üçün «Frat» adını götürüb.
5 aprel 1996-cü ildə Türkiyədə erməni dilində «Aqos» qəzetini təsis edib.
«Erməni soyqırımı» ilə bağlı yazılarına görə 2005-ci ilin oktyabrında 6 ay müddətinə şərti həbs cəzasına məhkum olunub.
Yazılarında daima Türkiyədə yaşayan etnik azlıqlardan bəhs edib.
![]() |
![]() |
![]() |
![]() |





































