![]() |
|
Jurnalisti qətlə yetirməkdə şübhəli bilinən gəncin fotosu |
Türkiyə polisi erməni əsilli jurnalist Hrant Dinki öldürdüyü güman edilən şəxsin şəklini yayıb. Şəkli qətlin törədildiyi küçədə quraşdırılan izləmə kamerası çəkib. Polis istintaqa yardım xahişi ilə ictimaiyyətə müraciət edib.
«Azadlıq» radiosunun məlumatına görə, hökumət nümayəndələri bildiriblər ki, iş üzrə hələlik heç kim həbs olunmayıb – bir gün əvvəl saxlanılan üç nəfər buraxılıb.
53 yaşlı H.Dink yanvarın 19-da İstanbulda qətlə yetirilib. Jurnalist Osmanlı imperiyasında ermənilərin soyqırıma məruz qalmaları ilə bağlı yazılar çap etdirdiyi üçün dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Türk millətçiləri tez-tez onu divan tutmaqla hədələyirdilər.
Türk ermənilərinin ruhani lideri patriarx Mesrob H.Dinkin ölümü ilə bağlı 15 günlük matəm elan edib.
Türkiyə rəhbərliyi, Avropa Birliyi, Birləşmiş Ştatlar və Ermənistan qətli pisləyiblər.
Mövzu ilə əlaqədar bax:
TÜRKİYƏDƏ ERMƏNİ DİLİNDƏ ÇIXAN QƏZETİN BAŞ REDAKTORU HRANT DİNK QƏTLƏ YETİRİLİB
ERMƏNİ JURNALİSTİNİN QƏTLİ İLƏ BAĞLI İLKİN ŞAHİD İFADƏLƏRİ. HRANT DİNKİN TƏRCÜMEYİ-HALINDAN QEYDLƏR
BAŞ NAZİR RƏCƏB TEYYUB ƏRDOĞAN: «QARA ƏLLƏR XAİN ƏMƏLLƏRİ ÜÇÜN TÜRKİYƏNİ SEÇİB»


































