![]() |
|
openarmenia.ru və openarmenia.com saytlarındakı elan |
«Bacıoğlu» ləqəbli hakerin dağıtdığı erməni saytları hələ fəaliyyətlərini bərpa etməyib. Xocalı soyqrımının şəkilləri və həmin şəkillərlə bərabər «bacıoğlu»nun yerləşdirdiyi mətn http://www.tamanyan.org saytında olduğu kimi qalır. http://www.homeopathy.am və http://www.photoblogs.am saytları isə ümumiyyətlə işləmir, yəni bu saytlara daxil olmaq mümkün deyil.
«Bacıoğlu»nun dağıtdığı digər iki saytdan (www.openarmenia.ru və www.openarmenia.com) Xocalı soyqrımını əks etdirən şəkillər və «bacıoğlu»nun yazdığı müraciət çıxarılıb və hər ikisində eyni məzmunda qəribə bir elan yerləşdirilib. Sayt sahiblərinin yerləşdirdiyi elanda bildirilir ki, bu saytların yeni hostinqə köçməsi ilə əlaqədar onların fəaliyyəti yanvarın 22-dən 26-dək dayandırılacaq. Elanın altından guya sonradan bir qeyd (Update) də əlavə olunub. Həmin qeyddə deyilir ki, istifadəçilər daha bir neçə gün gözləməli olacaqlar. Sayt sahibləri «yaranmış narahatlığa görə» üzr istəyir və inanırlar ki, istifadəçilər onları «başa düşəcəklər».
Aydın məsələdir ki, sayt sahibləri bu elanı pərtlikdən çıxmaq, bir növ özlərini sındırmamaq üçün yerləşdiriblər. Məsələ burasındadır ki, «bacıoğlu» ləqəbli haker openarmenia.ru və openarmenia.com-u tamanyan.org, homeopathy.am, photoblogs.am ilə eyni vaxtda - yanvarın 29-da dağıdıb və hamısının ana səhifəsində Azərbaycanın dövlət gerbini, gerbin aşağısından isə rus və Azərbaycan dillərində müraciətlərini yerləşdirib. Bütün bunları özünü erməni, həm də Ermənistanın xüsusi xidmət orqanlarının təmsilçisi kimi təqdim edən hakerlərin yanvarın 22-də Azərbaycanın İctimai Televiziyasının saytını dağıtmasına və orda yerləşdirdikləri mətndə bir Azərbaycan hakerini hədələməsinə cavab olaraq etdiyini bildirən «bacıoğlu»nun müraciətlərindən belə çıxıb ki, ermənilər onu hədələyibmiş.
Yanvarın 30-da «bacıoğlu» dağıtdığı saytlarda yerləşdirdiyi materiallarda dəyişiklik edib. O, rus və Azərbaycan dillərində yazdığı müraciətlərini çıxararaq yerində Xocalı soyqırımını əks etdirən fotoşəkillər, şəkillərin yuxarısından isə Azərbaycanın dövlət gerbini və ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini, Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini xatırladan, rus dilində yazılmış mətn yerləşdirib.
İndi həmin şəkillərin və mətnin tamanyan.org-da olduğu kimi qaldığı, homeopathy.am və photoblogs.am saytlarının isə vəziyyətdən yalnız saytı serverdən ayırmaqla çıxa bildiyi bir vaxtda openarmenia.ru və openarmenia.com saytlarında yerləşdirilmiş elanları pərtlikdən qorunmaq cəhdi kimi qiymətləndirmək mümkündür.
«Media forum»
Mövzu ilə əlaqədar bax:
ÖZÜNÜ ERMƏNİ KİMİ TƏQDİM EDƏN HAKERLƏR İCTİMAİ TELEVİZİYANIN SAYTINI DAĞIDIBLAR
İTV-də ARAŞDIRMALAR BAŞLAYIB
İTV-nin SAYTI BƏRPA OLUNUB. HAKERİN SAYTA HARDAN MÜDAXİLƏ ETDİYİ ARAŞDIRILIR
HAKERLƏRİN «İTV.az» SAYTINA HARDAN HÜCUM ETDİYİ HƏLƏ BİLİNMİR
ÖZÜNÜ AZƏRBAYCANLI və «BACIOĞLU» KİMİ TƏQDİM EDƏN HAKER ERMƏNİSTANIN BEŞ SAYTINI DAĞIDIB
ALTI AY ƏVVƏL AZƏRBAYCANIN BİR NEÇƏ SAYTINI HƏDƏLƏYƏN ARTUR OHANYAN YENİDƏN «MEDİA FORUM»a MƏKTUB GÖNDƏRİB
«BACIOĞLU» LƏQƏBLİ HAKER KÖÇƏRYANIN SAYTINI DAĞIDACAĞINI BƏYAN EDİR. O, DAĞITDIĞI SAYTLARDA YERLƏŞDİRDİYİ MATERİALLARI DƏYİŞİB
ERMƏNİSTANIN PREZİDENT APARATININ KOMPÜTER BÖLMƏSİNİN RƏHBƏRİ KÖÇƏRYANIN İNTERNET SƏHİFƏSİNİN DAĞIDILACAĞINA İNANMIR
RABİTƏ NAZİRİ ERMƏNİSTAN və AZƏRBAYCAN HAKERLƏRİNİ İNTERNET MÜHARİBƏSİNƏ SON QOYMAĞA ÇAĞIRIR


































