MTRŞ-nin mətbuat xidmətinin rəhbəri Mehdi Məmmədovun «Media forum» saytına bildirdiyinə görə, şura üzvlərinin qərarı ilə ANS-in tezliyi üzrə dekabrın 5-də elan olunmuş müsabiqənin nəticələri ləğv edilib. Yeni müsabiqə fevralın 20-dən martın 20-dək keçiriləcək.
Müsabiqənin şərtləri fevralın 10-da rəsmi mətbuat orqanlarında dərc olunacaq.
Xatırladaq ki, 2006-cı il noyabrın 23-də MTRŞ ANS teleradio şirkətinin lisenziyasını uzatmaqdan imtina etmiş və nəticədə ANS televiziyası ilə ANS ÇM radiosunun yayımı dayandırılmışdı. Noyabrın 30-da isə MTRŞ ANS-in tezliyinin tenderə çıxarılması haqda qərar qəbul etdi.
Dekabrın 11-də MTRŞ müsabiqənin sonunadək efirin boş qalmamasını arqument gətirərək ANS-in yayımının bərpasına icazə verib. Dekabrın 12-dən ANS TV və ANS ÇM yenidən efirə çıxmağa başlayıb.
Bu gün nəticələri ləğv olunan tenderə ANS-dən başqa heç bir teleradio şirkəti sənəd verməmişdi.

































