
Deputat Anar Məmmədxanov “Media forum” saytına açıqlamasında bildirib ki, “Day.Az” saytı bir həftədən sonra fəaliyyətini bərpa etdirəcək.
A.Məmmədxanovun sözlərinə görə, “Day.Az” saytı üzərində rekonstruksiya işləri gedir: “Saytın yenilənmiş variantı üzərində iş aparılır. Bir hətədən sonra “Day.Az” işə düşəcək”.
Deputat əlavə şərh verməkdən imtina edib.
Xatırladaq ki, A.Məmmədxanov “Day.Az”ı yaradanlardan olub.

































