Xəbərlər

OMBUDSMAN TUTULAN GƏNCLƏRLƏ BAĞLI MÜRACİƏT EDİB

2009-07-09 - 18:07:00

Emin Milli

Adnan Hacızadə

Bu gün Ombudsman Aparatının əməkdaşları Xətai Rayon Polis İdarəsinin 37-ci bölməsinin müvəqqəti saxlanma təcridxanasında saxlanan AN (“Alumni Network”) Gənclər Şəbəkəsinin təsisçisi Emin Milli və OL Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə ilə görüşüblər.

Aparatdan “Media forum” saytına verilən məlumata görə, şübhəli şəxs qismində tutulmuş E.Milli və A.Hacızadə iyulun 8-də saat 19 radələrində Səbail rayonu ərazisində yerləşən “Livan” restoranında olarkən tanımadıqları şəxslərin hücumuna məruz qalaraq döyüldüklərini və nəticədə baş nahiyələrindən xəsarət aldıqlarını bildiriblər.

Onlar hadisə ilə əlaqədar Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət etdiklərini, lakin araşdırmadan sonra onların şübhəli şəxs qismində cəlb edilərək Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparıldıqlarını, digər şəxslərin isə zərərçəkmiş kimi tanınaraq sərbəst buraxıldıqlarını bildiriblər.

Ombudsman Aparatının əməkdaşları sənədlərlə tanışlıq zamanı görüblər ki, E.Milli və A.Hacızadə barəsində tərtib olunmuş şübhəli şəxsin tutulmasına dair protokollarda onların əvvəllər dəfələrlə məhkum olunduqları qeyd edilib. Gənc fəalların özləri isə bunu təkzib ediblər, əvvəllər məhkum olunmadıqlarını deyiblər. Tutma protokollarının surəti də gənclərə təqdim edilməyib. Saxlanılanlar xəsarət almalarına baxmayaq, onlara lazımi tibbi yardımın göstərilmədiyini söyləyiblər.

Aparatdan “Media forum”a verilən məlumata görə, ombudsman Elmira Süleymanova artıq daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edərək E.Milli və A.Hacızadə barəsində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanmasını, onlara qarşı zorakılığa yol vermiş şəxslərin müəyyənləşdirilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini xahiş edib.

«Media forum»


Mövzu ilə əlaqədar bax:

AN və OL FƏALLARI TUTULUB

İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏNİN SƏDRİ EMİL MİLLİ və ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

.

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

Səsvermə

“Qarabağ” futbol komandası UEFA Avropa Liqasının F qrupunda neçənci yeri tutacaq?
1-ci yer
2-ci yer
3-cü yer
4-cü yer
        Rambler's Top100