Nigar Köçərli

“Media forum” saytı forumları davam etdirir. Növbəti forumun qonağı “Əli və Nino” Nəşriyyat Evinin rəhbəri Nigar Köçərlidir.
1975-ci il təvəllüdlü Nigar Köçərli BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997-1999-cu illərdə xarici şirkətin Azərbaycanda nümayəndəsi olub, 1999-2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildə “Əli və Nino” kitab mağazaları şəbəkəsini yaradıb. Eyni adlı nəşriyyat evinin rəhbəridir.
Nigar Köçərliyə sualı olan oxucular öz sorğularını bir həftə müddətində - noyabrın 25-dək “Media forum” saytına göndərə bilərlər. Sualı elektron poçtla (info@mediaforum.az) göndərmək və ya iş günlərində redaksiyaya telefonla zəng edib demək olar: (+99412) 497-21-02 (03); 434-71-02 (03).
Hər oxucunun bir sual ünvanlaması, bu zaman özünün ad-soyadını, peşəsini, yaşadığı yeri (ölkə, şəhər, qəsəbə, kənd) qeyd etməsi arzuolunandır.
Saytın əməkdaşları sualları topladıqdan sonra Nigar Köçərliyə təqdim edəcəklər.

































