Xəbərlər

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ MEMORİAL ABİDƏ KOMPLEKSİ AÇILDI

2010-01-20 - 16:10:00



Yanvarın 20-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanında olublar. Dövlət başçısı “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Ziyarətə dövlət və hökumət rəsmiləri, dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də qatılıblar.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı Yasamal rayonundakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında da iştirak edib. Prezidentə məlumat verilib ki, kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə həkk edilib.

Prezident İlham Əliyev açılış mərasiminə toplaşmış Yasamal rayonu ictimaiyyətinin nümayəndələri və 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə söhbətləşib.

"Media forum"

Xəbər Lenti

Valyuta məzənnəsi

2014-05-16Manat
1 Avro1.0761
1 ABŞ dolları0.7844
1 Rusiya rublu0.0225
1 Türk lirəsi0.3735

Hava proqnozu

Arxiv

        Rambler's Top100