Amerika hərbçilərinin fikrincə, bu bombalar və digər hərbi silahlar İranda istehsal olunub və İran rəhbərliyinin rəsmi tapşırığı ilə İraqa göndərilib. Amerikalılar iddia edirlər ki, İran İraqdakı silahlı üsyançılara hərbi təlim keçib və onlara müxtəlif bombaların hazırlanması yollarını öyrədib. Bildirildiyinə görə, İranın İraqa verdiyi sillahlar 620 nəfər ABŞ hərbçisinin yaralanmasına, 170 nəfərin isə ölümünə səbəb olub.
Komandanlıq təmsilçiləri ötən ay İraqın Ərbil şəhərində tutulan 5 iranlıdan birinin adını da açıqlayıb. Bu haqda məlumat verən ABŞ hərbçisinin sözlərinə görə, hazırda həbsdə olan Möhsün Çizəri İran Keşikçilər Korpusunun ayrıca qanadı olan «Qüds» əməliyyat ordusunun komandanlarından biridir. Onun İraqdakı koalisiya qüvvələrinə qarşı hücum məqsədi ilə üsyançıları silahlandırması və onlara hərbi təlim keçdiyi bildirilir: «Biz Ərbildəki 5 iranlını bir sıra sənədləri unitaza atmaq istəyərkən tutmuşuq. İranlıların qaldığı binada keçirilən reyd nəticəsində içində parik, saç-saqqal olan bir neçə torba aşkarlanıb. Bu isə onu göstərir ki, iranlılar lazım gələndə görkəmlərini dəyişirmişlər».
Amerika hərbi komandanlığının təmislçiləri jurnalistlər qarşısında çıxış zamanı bəzi iranlılardan götürdükləri sənədləri də nümayiş etdiriblər.
![]() |
![]() |
![]() |
![]() |





































