Mərasim iştirakçıları ilə ETTELAAT qüvvələri arasında yaranan qarşıdurmadan sonra onlarla milli fəalı tutaraq naməlum istiqamətə aparıblar. Məlumatda tutulanlardan bəzilərinin adları verilir: Rəsul Rzai, Eyvaz Xani, Sönməz Sayın (hər üçü də sayınqayalıdır), Vəhid Rastqu (təbrizli tələbə), İsrafil Rəfiyi (zəncanlı tələbə), Həmid Rza Şəfiyi (təbrizli tələbə), Daryuş İbadpur, Bilal Vəlizadə, Cəfər Pejman, Hüseyn Səttari, Araz Naqıpur, Aydın, Eyvaz.
Milli fəalların harada saxlandığı barədə məlumat yoxdur.

































