Bəyanatda deyilir: «Azərbaycanlı tələbələr demokratik prinsiplərə riayət edərək öz milli kimlikləri uğrunda mübarizə aparır və fəaliyyətlərinin əsas istiqamətini milli hüquqların təmin olunması zəmininə yönəldiblər. Onların məruz qaldığı bütün təzyiq və təqiblərə, həbs, sıxıntı və məhrumiyyətlərə baxmayaraq hüquq müdafiəçiləri azərbaycanlı tələbələrin ağır durumuna biganə yanaşaraq bu barədə susmağa üstünlük verirlər. Biz milli kimlikləri uğrunda mübarizə aparan azərbaycanlı tələbələrin həbsə salınmasını məhkum edərək onları himayə etdiyimizi bildiririk».
Bəyanatı, İlam, Sistan-Bəluçistan, Əllamə Təbatəbai, Səhənd (Təbriz), Firdovsi (Məşhəd), Politexnik, Mühəqqiq Ərdəbili, Şahrud, Loristan, Tibb Elmləri (Təbriz), Pedaqoji (Tehran), Kirman, Bu Əli (Həmədan), Xacə Nəsir, Şəhri Kürd, Şiraz, Kaşan, Sənəti Şərif (Tehran), Zəncan, Hörmüzqan, Mazandaran, Tehran, Simnan universitetlərinin islami birlikləri imzalayıb.

































