Saleh Kamrani
«Media forum» saytının məlumatına görə, Tehran İnqilab Məhkəməsi azərbaycanlı fəalları 150 milyon tümən (təxminən 150 min dollar) və 40 milyon tümən (təxminən 40 min dollar) məbləğində mülk girovu müqabilində azad edib.
Azadlığa buraxılanlardan biri – S.Kamrani həbsdə olduğu 6 ay müddətində ağır fiziki və psixi işgəncələrə məruz qalıb.
M.Nüsrəti Ankarada təhsil alıb. O öz ailəsini görmək üçün İrana gələndə tutulmuşdu.

































