Abbas Lisani
«Media forum» saytının məlumatına görə, A.Lisani zindandan dostu və həmkarı Həsən Ərkə zəng edərək 18 aylıq həbs müddətinin dekabrın 31-də başa çatdığını bildirib. Milli fəal sabah ona 50 şallaq zərbəsinin vurulacağını da bildirərək belə ədalətsiz cəzaya müqavimət göstərəcəyini vurğulayıb: «Şallaq hökmünün icrasına mane olmağa çalışacağam. Məni şallaqlamaq istəyirlərsə, zor tətbiq etməlidirlər, öz könlümlə yerə uzanmayacağam. Azərbaycanlı məhbuslara qarşı çıxarılan bütün hökmləri ədalətsiz, milli fəallara qarşı şallaq hökmünün icrasını isə böyük təhqir sayıram».

H.Ərk Abbas Lisaninin sabah azadlığa buraxılmasına ümidvar olduğunu deyib: «Dekabrın 31-də Abbas Lisaninin həbs müddəti başa çatır. Bundan sonra onu hər hansı bir bəhanə ilə zindanda saxlamaq qanuna zidd hərəkət sayılır».

































