|
|
İbrahim |
2006-cı ilin may ayında Təbrizdə keçirilən etiraz aksiyalarının ildönümündə tutulub 10 ay həbsə məhkum edilən sulduzlu fəal, mühəndis İbrahim Moini bir neçə gün əvvəl azadlığa buraxılıb.
«Media forum» saytının məlumatına görə, milli fəal həbsdən azad olunarkən ona kəsilmiş 40 şallaq zərbəsi cəzası da icra edilib.
İ.Moininin hazırkı səhhəti barədə hər hansı məlumat yoxdur.

































