«Media forum» saytına verilən məlumatlara görə, Təbriz (Rasta məhəlləsində), Urmiya (İmam və Xəyyam küçələrində), Sulduz (İmam dördyolunda), Ərdəbil (Şəriəti meydanında) və Zəncan (Səbzə meydanında) şəhərlərində dəyənək və gözyaşardıcı qazla təchiz edilmiş hökumət qüvvələri aksiyaçıları dağıtmaq üçün tam hazırlıqlı vəziyyətdə olub. Bununla belə, aksiyalara cəhdlərin göstərildiyi, bəzi yaşayış məntəqələrində aksiyaçılarla hökumət qüvvələri arasında kiçik qarşıdurmaların yarandığı bildirilir.
Urmiya, Sulduz və Zəncan şəhərlərində aksiyaçılardan 15 nəfərinin tutularaq naməlum istiqamətə aparıldığı deyilir.
Tutulanların kimliyi və harada saxlandığı barədə hələlik hər hansı məlumat yoxdur.

































