Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırma və İnformasiya Mərkəzindən «Media forum» saytına verilən məlumata görə, fevralın 21-də Urmiya Universitetinin tələbələri tələbə yataqxanasında dəyirmi masa təşkil ediblər.
Fevralın 24-də isə Təbrizin Səhənd Universitetinin tələbələri universitetin həyətində dinc aksiya keçiriblər. Əllərində üzərinə «Öz dilində mədrəsə olmalıdır hər kəsə!» , «Ana dilində təhsil hər bir insanın ibtidai haqqıdır!», «Azərbaycan oyaqdı, öz dilinə dayaqdı!», «Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!», «Haray, haray, biz türkük!», «Ana dilimiz - varlığımız!» sözləri yazılmış plakatlar tutan tələbələr aksiya zamanı digər şüarlar da səsləndıriblər.







































