«Media forum» saytının məlumatına görə, məlumatda deyilir: «Bu gün Ərdəbil Azad Universiteti tələbələri İslami Birliyinin rəhbəri Ərdəşir Kərimi Xiyavi, hüquq müdafiəçisi Behruz Əlizadı, yazıçı və jurnalist Rəhim Qulami və sivil hüquq fəalı Vədud Səadətinin həbsindən 14 gün keçir. Onlar vəkildən məhrum edilib və yalançı ifadələr vermək üçün saxlandıqları həbsxanada cürbəcür işgəncələrə məruz qalıblar. Məhbuslar ailələri ilə telefon əlaqəsində müxtəlif işgəncə novlərinə, o cümlədən saatlarla tavandan başı aşağı vəziyyətdə saxlanmaq, yatmağa qoymamaq, elektroşoka məruz qalma, şallaq zərbələrinə dözmək, təkadamlıq kameralarda saxlanmaq, təhqir edilmək kimi işgəncə növlərinə məruz qaldıqlarını etiraf ediblər».
Məlumatda həmçinin qurumun azərbaycanlı məhbusların işgəncəsinə etiraz əlaməti olaraq beynəlxalq insan haqları təşkilatlarına müraciət edildiyi də vurğulanır.




































