«Media forum» saytı güney mənbələrinə istinadla xəbər verir ki, hadislərin ildönümündə nəzərdə tutulan etiraz nümayişlərinin qarşısını almaq məqsədilə hökumət qabaqlayıcı tədbirlər həyata keçirir. Yüzlərlə azərbaycanlı fəal ETTELAAT-ın yerli idarələrinə çağırılır, onlara hər hansı tədbirə qatılmamaq barədə xəbərdarlıq edilir. İri şəhərlərin küçə və meydanlarında polis qüvvələrinin sayı da artıb.
Hökumət nümayəndələri hazırda həbsdə saxlanan azərbaycanlı fəalların ailə üzvlərinə də xəbərdarlıq ediblər ki, həbsdə saxlananlarla bağlı xarici radiolara və jurnalistlərə müsahibə versələr, ciddi problemlərlə üz-üzə qalacaqlar.
Mayın 15-16-da həbs edilərək naməlum istiqamətə aparılan fəallar Höccət Əraqi, Salman Əraqi, Salar Əraqi və Əkbər Abdullahinin harda saxlandığı barədə hələlik hər hansı məlumat yoxdur.

































