Etiraz aksiyası 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq mayın 22-də Təbrizdə və başqa şəhərlərdə keçirilmiş, qanlı qarşıdurma ilə nəticələnmiş aksiyaların ildönümü ilə əlaqədar təşkil olunacaq.
«Media forum» saytının məlumatına görə, Təbriz və Ərdəbil bazarlarındakı ticarət mərkəzlərinin sahibləri yaydıqları bəyanatda 2006-cı ilin may-iyun hadisələri zamanı həlak olmuş azərbaycanlıların xatirəsini anmaq məqsədilə mayın 21-də Təbriz vaxtıyla saat 17:30-da etiraz aksiyalarına qatılacaqlarını açıqlayıblar.
Güney mənbələrinin yaydığı bir xəbərə görə, ildönüm aksiyasından bir gün əvvəl - mayın 20-də İranın azərbaycanlılar yaşayan şəhərlərində gecə saatlarında Azərbaycan şəhidlərinin xatirəsini anmaq məqsədilə damlarda şam yandırılacaq.

































