
Tehranda bir güneyli fəalın iftar süfrəsinə dəvət olunmuş qonaqların əksəri həbs edilib.
«Media forum» saytı xəbər verir ki, dünən ETTELAAT əməkdaşları adı hələlik bilinməyən güneyli fəalın evinə gələrək iftar süfrəsində oturan 20-dən çox qonağı tutaraq özləri ilə aparıblar.
Tutulanlar arasında tanınan yazarlar, o cümlədən «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, mühəndis Məhəmməd Abbaspur, Şahbaz İbrahim Nejad, Yusif Huşyar, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari da var. Hətta hazırda həbsdə olan azərbaycanlı siyasi fəal Abbas Lisaninin xanımı Ruqiyyə Lisaninin və üç uşağının da tutulduğu bildirilir.
«Media forum»

































