«Media forum» saytının məlumatına görə, iftar qonaqlığını vərən güneyli fəal Səyyad Məhəmmədiyan da iftara gələn digər 20-yə yaxın şair, yazıçı, jurnalist və fəalla birlikdə həbs edilib. Tutulanların hazırda harda saxlandığı bilinmir.
Tutulanlar arasında «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı, çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, mühəndis Məhəmməd Abbaspur, Şahbaz İbrahim Nejad, Yusif Huşyar, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədiyan, Abbas Nəimi, Əkrəm Nəccari və başqaları var.
Sentyabrın 10-da ETTELAAT əməkdaşları İranın Kərəc şəhərində də həbs həyata keçiriblər. Miyanalı fəal, hüquq müdafiəçisi Həsən Rəhimi Bayatı bilinməz istiqamətə aparılıb. H.R.Bayatın indiyədək İranda tutulmuş azərbaycanlı siyasi məhbuslarla bağlı bir neçə dəfə xarici KİV-ə müsahibə verdiyi bildirilir.




































