«Media forum» saytının məlumatına görə, oktyabrın 29-dan onlar qan qusmağa başlayıblar.
Məhbusların ciddi müalicəyə ehtiyacı olsa da, həbsxana rəhbərliyi onlara tibbi yardım göstərilməsinə mane olur.
Adı çəkilən məhbusların hamısı İranın Qərbi Azərbaycan əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndirlər.
Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə əhli-həqq tərəfdarları arasında baş verən qarşıdurmada hökumət qüvvələrinə silahlı müqavimət göstərdikləri üçün həbs ediliblər. Məhkəmə əvvəlcə onlara edam hökmü çıxarsa da, sonradan üçünün cəzası 13 illik həbslə əvəzlənib, Mehdi Qasımzadə və Yunis Ağayana çıxarılan edam hökmü isə qüvvədə saxlanıb.
Məhbuslar bu ilin aprel ayında da zindanda məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq 25 gün müddətinə aclıq aksiyası keçirmişdilər.

































