Media Forum Media Forum
 RSS
bg
Ana səhifə str
menu
Xəbərlər str
menu
Siyasət str
menu
Bölgə str
menu
Cəmiyyət str
menu
Hüquq str
menu
Analiz str
menu
Monitorinq str
menu
Araşdırma str
menu
Sosial str
menu
İdman str
menu
Ədəbiyyat str
menu
Fotoreportaj str
menu
İnsan haqqı str
menu
Avropa qonşuluğu str
menu
Sayt haqqında str
menu
Arxiv str
menu
Media bülleteni str
menu
mej

menu
Müzakirə str

Internews Network
Islam and democracy
Azadliq Radiosu
Àçåðáàéäæàíñêèé Ãåíäåðíûé Èíôîðìàöèîííûé Öåíòð
Azerbaijan Free Speech Foundation
Azerphoto
Analitika.az
Kazus
AzadInform
BBC Azeri
Guney Azerbaycan Televizyonu

Ganca
Azerbaijan foundation
Human rights
Avciya
Kitab Klubu
Milli QHT Forumu
Media.ge
Ugurlu
Gul
Elxan Sahinoglu
Dunya Azerbaycan Mediyasi
Kitabxana Evi
Cenub Xeberleri




pxl

Hüquq
print
APA AGENTLİYİNİN BAŞ DİREKTORU VÜSALƏ MAHİRQIZI: «ELƏ NAZİR QALMAYIB Kİ, ADIMIZI ONUNLA BAĞLAMASINLAR»
2007-01-19 - 17:27:00

  

«Media forum» saytının suallarını «Azəri-Press» Agentliyinin (APA)
baş direktoru
Vüsalə Mahirqızı cavablandırır.


1979-cu ildə Ucar rayonunun Lək kəndində doğulub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1996-cı ildən mediada çalışır. İlk iş yeri «Hürriyyət» qəzeti olub. Sonra «Bakı Universiteti», «Günaydın», «Bu gün», «Azadlıq», «Məkan» qəzetlərində çalışıb. 2001-2003-cü illərdə «Xalq Cəbhəsi» qəzetinin baş redaktoru olub. 2004-cü ilin noyabrından APA-nın baş direktorudur. Ailəlidir, bir qızı var.

- Jurnalistikaya on il əvvəl gəlmisiniz və uzun müddət qəzetdə çalışmısınız, o cümlədən redaktor olmusunuz. Qəzetçiliyi buraxıb informasiya agentliyi yaratmaq ideyası hardan yarandı? Özünüz bu qərara gəlmişdiniz, yoxsa kimlərinsə təklifini qəbul etdiniz?

- Hələ «Xalq Cəbhəsi» qəzetində işləyəndə məndə belə ideya var idi: informasiya agentliyi yaratmaq olar. İdeyanın ortaya çıxmasına həmin vaxt bu sahədəki boşluq səbəb olmuşdu. Onda internet saytları indiki qədər populyarlaşmamışdı, informasiya agentlikləri arasında rəqabət də yüksək deyildi. Həm də qəzetçilikdə xəbərlə işləməyi xoşlamışam, bu, jurnalistikada mənim üçün ən maraqlı janrlarından olub. Xəbər fakta əsaslanır, mən də faktla işləməyi sevirəm. Subyektivlik, fərqli mövqelərin verilməsi mənə bir qədər yaddır.

2003-cü ilin prezident seçkilərindən sonra «Xalq Cəbhəsi» qəzetindən istefa verdim. 2003-cü ilin dekabrında bizim informasiya agentliyi Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Amma bəzi problemlər, o cümlədən maliyyə problemi agentliyin fəaliyyətə başlamasını bir il yubatdı. Bu müddətdə ayrı-ayrı qəzetlərdən əməkdaşlıq təklifi alsam da, mətbuatda işləməyə razılaşmadım.

- APA yarananda çoxları onun oturuşmuş informasiya agentliklərinin, əsas da «Turan» kimi agentliyin rəqabətinə dözməyəcəyini, hətta ümumiyyətlə, bazara girə bilməyəcəyini proqnozlaşdırırdı. Üstündən xeyli keçir və bu proqnozlar doğrulmayıb. Bəs indi nə deyərdiniz: bütün arzularınıza çatdınızmı? Özünüzü kənar müşahidəçi kimi təsəvvür etsəniz, APA-nı agentliklər arasında neçənci yerə qoyardınız?

- İnformasiya agentliyinin birinci göstəricisi onun daha geniş arealda yayılmasıdır. Azərbaycanın istənilən oxucusu və tamaşaçısı da bilir ki, bu məsələdə APA-nın rəqibi yoxdur. Azərbaycanın bütün tanınmış KİV-i - televiziyalar, radiolar, portallar bizim abunəçilərimiz sırasındadır. Əsas şərt budursa, burda biz birinciyik.

Azərbaycanda agentliklər öz istiqamətinə görə də bir-birindən fərqlənir. Sırf siyasi və ya sırf iqtisadi materiallar yayan agentliklər var. Məsələn, bizə qədər idman xəbərinin yayımı ilə məşğul olan informasiya agentliyi olmayıb. Əvvəllər «Turan» qismən mədəniyyət xəbərləri yayırdı, amma sonradan bu sahəyə diqqəti azaltdı. Biz foto-xəbərlə də tamamilə fərqli şəkildə işləməyə başlamaq fikrindəyik. Yarananda APA yeganə agentlik idi ki, bunların hamısını cəmləşdirmişdi. Yəni ikinci şərt informasiya agentliyinin əhatə etdiyi sahələrin genişliyidirsə, biz bu məsələdə də birinci olduq.

Agentliyin reytinqini müəyyənləşdirən üçüncü şərt onun istehsal etdiyi materialların qiymətidir. Burda da bizim rəqibimiz yoxdur. Hazırda APA Azərbaycanda ən bahalı informasiya agentliyidir. Bütün bunlardan bir məntiqi nəticə çıxır: biz agentliklər arasında birinci yerdəyik.

- İnformasiya agentliyinin digər KİV-dən - qəzetdən, televiziya və radiodan sırf professional ölçülər baxımından nə fərqi var?

- İnformasiya agentliyinin üstün cəhətləri də var, çatışmayan cəhətləri də... Üstün cəhətlərindən biri ondadır ki, informasiya texnologiyalarının inkişaf etdiyi, hadisələrin anbaan dəyişdiyi indiki zamanda xəbəri izləməyin tək yolu informasiya agentliyindən keçir. Başqa yol yoxdur. Məsələn, bizim portal saatbasaat təzələnir. Hər an portala yeni xəbər yerləşdirmək imkanımız var. Televiziyalar xəbərləri ancaq müəyyən olunmuş vaxtlarda efirə verir. Qəzet isə xəbərçilikdə, ümumiyyətlə, geri qalır. Bu cəhətdən informasiya agentliyi qaçan xəbəri qovmaqda birincidir.

Bizim portalda edəcəyimiz dəyişikliklərdən biri xəbəri daha tez, yəni yazılan kimi portalda yerləşdirmək imkanı ilə bağlıdır. Artıq redaktora ehtiyac olmayacaq. Bu üsul yenidir, Azərbaycanda hələ ki, ondan istifadə olunmur.

- Belə üsul müxbirlərdən maksimum peşəkarlıq tələb edir. APA buna hazırdırmı?

- Təbii. Eyni zamanda bu, informasiya agentliyinin üstünlüyüdür. Yayılma arealı böyük olduğuna görə onun mənbə problemi də yoxdur. Bizimlə işləməkdə həm hakimiyyət, həm də müxalifət maraqlıdır. Məmur məlumatı iyirmi mətbuat orqanına göndərməkdənsə, təkcə bizimlə işləyir, məlumatını digər KİV-ə bizim vasitəmizlə çatdırır. Söhbət təkcə məmurdan getmir. Bu həftə şair Ramiz Rövşəndən götürdüyümüz müsahibə mənim gördüyüm qəzetlərin 25-də dərc olunmuşdu. Təsəvvür edin ki, onun 25 qəzetə müsahibə verməsi üçün nə qədər vaxt lazım idi.

Amma informasiya agentliyi sadə insanlar arasında o qədər də tanınmış olmur. Xəbərin içində olmayan şəxs üçün maraqlı deyil ki, xəbər ANS-indir, yoxsa APA-nın. Yaxud «Yeni Müsavat»ın öz xəbəridir, yoxsa APA-nın hazırladığıdır. İnformasiya agentliyini müəyyən dairə tanıyır. Agentlikdə çalışan müxbirin imzasının kölgədə qalmaq, məşhurlaşmamaq təhlükəsi var. Hər qəzetdə, hər televiziyada, radioda işləyən adam özü üçün, öz imzası üçün çalışır və onun media ulduzuna çevrilmək şansı var. Amma informasiya agentliyində belə deyil, hamı bir imza üçün işləyir. Həmin imza populyar olmasa, orda çalışan ayrı-ayrı jurnalistlər nə qədər tanınmış olsalar belə, xəbər almaq mümkün deyil.

- İnformasiya agentliyinin daha çox qısa xəbərlərə üstünlük verməsi təbiidir. Bu cür məhdudiyyət, çərçivə sizin əməkdaşları sıxmır ki? Axı onların əksəriyyəti sizin kimi qəzetçilikdən gəlib. Qəzetçilər bir az uzunçuluğa meyilli olurlar.

- Sıxıntılar olurdu. Doğrudan da biz hamımız qəzetçilikdən gəlmişik. Paradoksal haldır, amma bəlkə uğurumuz da bundadır.

- Agentliyi yaradanda işçiləri necə seçmişdiniz?

- Əvvəlcə qeyri-müəyyənlik vardı. «Turan» agentliklər arasında 15 il idi liderliyini qoruyub saxlayırdı. Hamı düşünürdü ki, APA-nın yaranması ötəri hadisədir. Bizə qədər də cəhdlər olmuşdu, amma uğursuzluqla nəticələnmişdi. Açığı, ilk dörd-beş ayda bizimlə işləməyə o qədər də həvəs göstərmirdilər. Həmin müddətdə APA-nın əməkdaşları vaxtilə «Xalq Cəbhəsi» qəzetində mənimlə çalışanlar idi. Bilmirəm niyə, amma bizim mətbuatda belə bir fikir var ki, Vüsalə ilə işləmək çox çətindir. Altı ay ötəndən sonra isə APA-ya işləməyə gələnlərin sayı artmağa başladı. Bu gün də kifayət qədər tanınmış imza sahibi bizimlə işləmək istəyir.

Bizim seçimimiz professionallıq meyarına əsaslanır. Ümumiyyətlə, rəhbərlik etdiyim dövrdə heç bir tapşırılmış adamı işə götürməmişəm, bundan sonra da götürməyəcəyəm.

- Adamları işə yalnız öz seçiminizlə qəbul edirsiniz?

- Yox, belə deyil. Onu da deyim ki, çox tanınmış imza bizi yanıldıb. Bizimlə işləmək istəyəni qəbul edib söhbətləşirəm, sonra redaktorlar korpusunun rəyini öyrənirəm. Həmin şəxs 5-10 gün bizdə çalışır, əgər redaktorlar korpusu onunla işləmək istəmədiyini deyirsə, mən həmin adamı işə qəbul etmirəm. Elə hallar da olub ki, bütövlükdə kollektiv etiraz edib, sınaq müddətində olan işçinin intriqaçı olduğunu bildiriblər və mən də çoxluqla razılaşıb onu işə götürməmişəm.

- Dünyada agentliyin gücünü həm də bir dəqiqədə verdiyi informasiyanın sayı ilə ölçürlər. Siz belə statistika aparırsınızmı?

- Biz Azərbaycanda informasiya agentliyindən dəqiqədə bir neçə xəbər yaymağı ummamalıyıq. Çünki Azərbaycan balaca ölkədir, burda xəbərlərin sayı «Bi-Bi-Si»nin, «Assoşieyted-press»in yaydığı qədər ola bilməz. Dünyanın hər yerində ofis açmaq lazımdır ki, bundan ötrü də dünyada tanınmış informasiya agentliyi olmalısan. Beş-altı ölkədə büromuzu açmışıq. Bu, hansı əsəb gərginliyi, hansı yazışmalar hesabına başa gəlib, onu bir Allah bilir.

Obyektiv səbəblərdən doğan çətinliklər də var. «Röyters», «Assoşieyted-press» ona görə dünyanın məşhur informasiya agentlikləridir ki, onlar dünyadakı ictimai-siyasi proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən ölkələrdə yaradılıblar. Azərbaycan Qafqazın ictimai-siyasi hadisələrinə təsir edə bilər, uzaqbaşı regionda əhəmiyyətli rol oynaya bilər. Amma bir qədər kobud desək, fransalı üçün maraqlı deyil ki, Azərbaycanda nə baş verir. Azərbaycanlı üçün isə Fransa həyatı maraq kəsb edir.

Bizim bir saata verdiyimiz xəbərlərin sayı 20-25-dən az olmur. Gecə işləmirik. Amma elə gün olur saatda 40-50 xəbər yayırıq. Ay ərzində 4-5 mindən az informasiya vermirik.

- APA-nı kimlərlə yaratdınız, indi kimlərlə birgəsiniz? Komandanız haqda bir az ətraflı bilgi verməyiniz yaxşı olardı, çünki informasiya agentliyində, özünüz də dediyiniz kimi, imzalar görünmür.

- APA yarananda kimlər yanımda idisə, indi də onlar yanımdadır. Mən çalışmışam ki, onlar - Nurşən Quliyev başda olmaqla - burdan getməsinlər. Çoxu getməyi ağlından belə keçirməyib. Bəzilərində belə cəhdlər olub, onda da onların bütün ərköyünlüyünə, nazına dözmüşəm. Elə adamlar var ki, APA-nın yaranmasına və indiki səviyyəyə çatmasına görə onlara borcluyam. Bu sırada Nurşən Quliyev də var, Gülşən Hacıyeva da, Elbrus Seyfullayev, İxtiyar Əsgərov, Emil Hüseynov, Ülkər Qasımova, Kamil Abışov, Laçın Sultanova, Seymur İsmayılov, Vüqar Hüseynov da...

APA-nı təxminən 10 nəfərlə yaratmışdıq. Hazırda APA-da 60 nəfər işləyir. Böyük kollektivdir. Azərbaycanın səkkiz regionunun hər birində nümayəndəmiz, Türkiyədə, Rusiyada, Dağıstanda, Gürcüstanda, Orta Asiyada və Strasburqda büromuz var. Hazırda ABŞ və İranda büro açmaq istiqamətində iş aparırıq. Büroların hamısında öz işçilərimiz çalışır. Ölkədə stringerlərimiz olsa da, xaricdə stringerlərlə işləmirik.

- Bildiyimiz qədər əməkdaşlarınıza indiki ölçülərlə kifayət qədər yaxşı maaş verirsiniz. Sirr deyilsə, buna necə nail olursunuz, gəlirləriniz xərcləri ödəyir, yoxsa kimlərsə sizə yardım edir?

- Azərbaycanda bizim qədər maaş verən hansısa KİV-in rəhbəri desə ki, onun gəliri xərclərini ödəyir, deməli, qeyri-səmimidir. Bizə kimsə yardım etmir, hər ay haqq vermir, amma müəyyən layihələrdən aldığımız qrantlar var.

- Həmin layihələrin nədən ibarət olduğunu, o layihələr üzrə hansı işləri gördüyünüzü deyə bilərsinizmi?

- Mətbuatla bağlı layihələrimiz olub. Bəzən hazırladığımız layihələri satmışıq da... Alıcıları arasında əcnəbilər də olub, tanışlarımız da. Əvvəldə də dedim, biz Azərbaycanın ən bahalı agentliyiyik. Təbii ki, qazancımızın böyük hissəsi şirkətlərdən və xarici abunəçilərdən gəlir. Bizə abunə yazılmış KİV-dən isə çox cüzi miqdarda pul alırıq.

- Abunə qiymətlərini açıqlaya bilərsinizmi?

- Qiymətlər müxtəlifdir. Şükürlər olsun ki, abunəçilərimizi itirməmişik, əksinə, sıraları daha da genişlənib. Yaxşı xidmətin yaxşı da qiyməti olmalıdır. Başqa sözlə, yaxşı xidmət göstərmək üçün yaxşı pul lazımdır. Adətən, qəzet rəhbərləri mətbəə xərclərinin çox olmasından şikayətlənirlər. Amma bizdə telefon danışıqlarına gedən pullar toplansa, istənilən gündəlik qəzetin mətbəə xərcini ötər.

Başqa böyük xərclərimiz də var. Hər an hadisə yerində olmaq lazımdır, o cümlədən də foto-çəkiliş aparmaq üçün. Bizdə iki fotoqraf çalışır. İstifadə etdiyimiz texniki avadanlıqlar da bahalıdır.

Bizdə ən bahalı abunə qiyməti xarici təşkilatlar, ən ucuz qiymət isə yerli mətbuat üçündür. Bir dəfə demişdim ki, nə olursa olsun, biz mətbuat üçün abunə qiymətlərini qaldırmayacağıq. Çünki Azərbaycan KİV-inin iqtisadi durumu bizə yaxşı bəllidir.

- Son bahalaşmadan sonra işçilər əmək haqlarını artırmağı təklif, yaxud tələb edirlərmi?

- Biz bahalaşmanı qabaqlamışıq. Tarif Şurasının qərarından 10 gün əvvəl işçilərin əmək haqlarını qaldırmışdıq. Ona görə də heç kəs yeni təklif səsləndirmədi.

- APA-nın adını ayrı-ayrı yüksək çinli məmurlarla bağlayırlar. APA-nın təsisçisi kimdir, doğrudanmı sizin himayəçiləriniz var?

- APA-nın ilk təsisçisi bacım olub. O vaxt sənədlərim qaydasında deyildi, sonradan qeydiyyat sənədlərinin hamısı mənim adıma keçirildi. APA-nın təsisçisi və baş direktoru mənəm, qurumun bütün hüquqi sənədləri mənim adımadır. Himayədarlar barədə gəzən söz-söhbətlər mənə də çatır. Azərbaycan hökumətində elə bir nazir qalmayıb ki, bizim adımızı onunla bağlamasınlar. Amma o da yaxşıdır ki, bizim adımızı yüksək çinli məmurla bağlayırlar. Artıq bu barədə kollektivdə lətifələr də yaranıb.

Bir hökumət qurumundan bizə yazı göndərilmişdi. Redaktorlarla söhbətləşəndə dedim, yaxşı ki, bu yazını bizə göndəriblər, hökumət, dövlət qurumları ilə işləmək hər KİV üçün prestijdir. Redaktorlardan biri qayıtdı ki, xəbəriniz varmı, indi də bizi bu məmurla bağlayırlar, deyirlər, APA-nı filankəsin kurasiyasından alıb, bu məmurun kurasiyasına veriblər. Mən də cavabında dedim, yaxşı ki, adımızı elə-belə adamların adı ilə bağlamırlar.

- Deyəsən, «Bu gün» qəzetində çalışanda təzyiqə məruz qalmışdınız. İndi də jurnalistləri tez-tez döyürlər, hədələyirlər. Sizin agentliyə də hansısa təzyiq olurmu?

- Təbii ki, APA da təzyiqlərə məruz qalır. Amma bu heç də hiss olunmur. Bizim əməkdaşların təzyiqə məruz qalması haqda xəbərlərin KİV-ə çıxmamasının səbəbi var. Azərbaycanda hansısa beynəlxalq təşkilatın, yaxud diplomatik nümayəndəliyin təmsilçisi ilə görüşən kimi KİV rəhbərləri bununla bağlı mediada, eləcə də özlərinin rəhbərlik etdiyi KİV-də görüşün təfərrüatları barədə geniş açıqlamalarla çıxış edirlər. Mən bu cür reklamın əleyhinəyəm. Jurnalist gündəlik iş vaxtı kobud rəftarla da, hədə-qorxu ilə də qarşılaşa bilər. Dünyanın hər yerində belə hallar olur. İnanmıram ki, faktla işləyən mətbuat bu cür problemlə üzləşsin. Bizim mətbuatda isə yalan, faktsız yazı yazmaq adiləşib. Azərbaycan mətbuatında baş verən bütün hadisələrə təzyiq donu geyindirmək düz deyil. İnsidentlərin çoxu şəxsi xarakter daşıyır.

Məsələnin bir başqa tərəfi də var: hansı mətbuat məhkəməyə veriləndə öz səhifələrində qaldırdığı hay-küylə uğur qazanıb? APA-nı dörd dəfə məhkəməyə vermək istəyiblər. Bunu danışıqlar yolu ilə həll etmişəm. Bizdə diktofona yazılmamış materiallar qəbul olunmur. Bütün səslər fondda saxlanır. Ən əhəmiyyətliləri ömürlük, daha az əhəmiyyətliləri isə bir müddətə... Bizim qədər də heç kəsin insidenti olmur. Amma məsələni daxili problem kimi həll etməyə çalışıram, zəng etməklə, danışıqlar yoluyla anlaşılmazlığı aradan qaldırıram. APA beynəlxalq təşkilatlarla əməkdaşlıq edən qurumdur. Əcnəbilər isə KİV-in yaydığı materiala görə qarşı tərəflə problemlərlə üzləşməsinə heç də yaxşı baxmırlar.

- Ölkədə söz və mətbuat azadlığının vəziyyətini beş ballıq şkala ilə necə qiymətləndirərdiniz - iki, üç, dörd...

- Dörd verərdim. Dünyanın heç yerində söz və mətbuat azadlığının vəziyyətinə beş vermək olmaz. Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyət ən azı Türkiyə, Gürcüstan və digər qonşu ölkələrdən yaxşıdır. Bu ölkədə söz azadlığı sahəsində vəziyyət heç də Ermənistandan pis deyil. Bəlkə də təəccüblüdür, amma həqiqətdir ki, Türkiyədə baş nazirin əleyhinə yazılması mümkün olmayan ifadələri Azərbaycanda prezident haqqında yazırlar. Bununla belə, həmin adamlar yenə də qəzetlərini çıxarırlar.

Bir qəzet redaktoru mənə zəng edib nazirlərdən birinin həbsi ilə bağlı soruşur. Mən də ona əminliklə belə bir faktın olmadığını deyirəm. Səhəri gün həmin şayiəni qəzetinin manşetinə çıxarır, iki gün sonra da qəzetində nazirin növbəti görüşlərindən birini fotosu ilə dərc edir. Haqqında şayiə yazdıqları nazirliklə bağlı ən xırda xəbərini APA-ya istinadən verən mətbuat orqanı həmin nazirlikdəki «qeyri-adi» xəbərləri necə əldə edir? Həmin nazirliklərdə mənbələri varsa, həqiqətən baş vermiş hadisələri də yazsınlar. Əgər bir məmur həbs olunması barədə heç söhbət getmədiyi halda, bununla bağlı hansısa qəzetdə yazı oxuyursa, o məmurun mətbuata münasibəti necə ola bilər? Özümüz haqda yalan yazılanda necə qeyri-ciddi münasibətimiz olursa, məmurlarda da həmin mətbuat orqanlarına o cür münasibət formalaşır.

Kiminsə anasına erməni demək, başını uzunqulağın bədəninə birləşdirib kollaj etmək olmaz. Bizdəki hətta «qara piar» da deyil, nədir, heç bilinmir. Bura Şərq ölkəsidir, biz yazılarımızda bunu da nəzərə almaq zorundayıq.

- Bəziləri Azərbaycanda təzyiqlərə məruz qalan jurnalistləri əsasən üç qrupa bölürlər: tamamilə jurnalistikadan gedənlər, mühacirət edənlər, təzyiqlərin sayəsində daha yüksək mənsəbə çatıb karyera qazananlar. Bu bölgüyə münasibətiniz necədir?

- Bəzi jurnalistlərdə möhkəmlənmiş «mən döyülməliyəm, tanınmalıyam və kimsə məni susdurmaq üçün çağırmalı, pul verməli, ya da mənim üçün nəsə yaratmalıdır» düşüncəsi çox pis haldır. Bunların ən başlıca səbəbi odur ki, Azərbaycan mətbuatı iqtisadi baxımdan azad deyil. Əgər jurnalist kimi bəzi KİV rəhbərlərini qınayıramsa, o biri yandan da insan kimi onları başa düşürəm. Çünki həmin jurnalist bilir ki, kurasiyasında olduğu qurumun, siyasi partiyanın və ya şəxsin dediyini etməsə, çıxarıb yerinə başqasını qoyacaqlar. Azərbaycan jurnalistlərinin vəziyyəti o qədər də yaxşı deyil, hər an onları əvəz edən adam var. Bu problemlərin ancaq bir həlli yolu var: Azərbaycanda mətbuata biznes vasitəsi kimi baxmaq.

Mənim üçün APA-da ilk və önəmli məsələlərdən biri agentlik üçün pul qazanmaq, inkişaf etməkdir. Agentliyi yaratmışıq, bu bir iş sahəsidir və biz pul qazanmalıyıq. Amma bu pul hansısa işçinin maaşının kəsilməsi hesabına əldə edilməməlidir. Mətbuat kapital sevən, eyni zamanda kapital və karyera qazandıran sahədir.

Problemlərdən biri də odur ki, heç kəs jurnalistikaya daimi iş yeri kimi baxmır. Əksəriyyət jurnalistikanı vasitə, təkan, pilləkən sayır. Jurnalist işləyib, sonra kimdənsə vəzifə almağa və mətbuatda qalmamağa üstünlük verirlər.

- Bayaq dediniz ki, ölkədə söz və mətbuat azadlığına dörd qiymət verərdiniz. Amma indiki fikrinizdə deyirsiniz ki, mətbuat iqtisadi baxımdan azad deyil. İqtisadi cəhətdən azad olmayan ölkənin mətbuatına dörd qiymət vermək bir qədər yüksək qiymətləndirmə deyil ki? Yaxud siz özünüzü təkzib etmirsiniz ki?

- Bu reallıqdır ki, Azərbaycan hökumətinin mətbuata xüsusi təzyiqi yoxdur. Ən azı Gürcüstandakı qədər yoxdur və bunu etiraf etmək lazımdır. Düzdür, Gürcüstanda istənilən müxbirin istənilən nazirdən müsahibə almaq imkanı var. Əgər bu, söz və mətbuat azadlığı hesab olunursa, onda bu sahədə Azərbaycanda problem var. Amma Gürcüstan prezidenti barədə mətbuat orqanında yazı gedirsə, onu hansı günə qoyurlar, bunu gürcü jurnalistlərindən soruşmaq lazımdır. Azərbaycanda isə jurnalistlər fəaliyyətləri zamanı hətta jurnalistikada qəbul olunmayan üsullardan belə istifadə edirlər.

- Plagiatlıq jurnalistikanın əbədi problemlərindən biridir. APA bu problemlə mübarizə aparırmı? Öz əməkdaşlarınızın bu yolla informasiya əldə etməsi faktı ilə rastlaşırsınızmı? Bu halda onları hansısa yolla cəzalandırırsınızmı?

- Bir-iki dəfə belə plagiatlıq olub. Bizdə birinci dəfə xəbərdarlıq edilir, heç kəs işdən çıxarılmır. İki müxbirimizin plagiatlığa yol verməsi halı olub - hərəsində bir dəfə. Onları böyük cərimə ilə cəzalandırmışıq. Bizdən isə harasa informasiya ötürmək mümkün deyil. Çünki mərkəzi nəzarət sistemi qurulub.

Plagiatlıq bizim mediada bir bəladır. Ona qarşı bizdən çox mübarizə aparan KİV ola bilməz. Hər səhər ən azı iki qəzetə, bir-iki televiziyaya müraciət edib, APA-ya nə üçün istinad olunmadığını soruşur və mübahisə edirik. Əvvəllər vəziyyət lap dəhşətli idi. İndi yavaş-yavaş düzəlir.

Amma başqa problem də ortaya çıxıb. İnternet saytlarının sayı günbəgün artır və onların əksəriyyəti plagiatlıqla məşğul olurlar. Belə şəraitdə plagiatlıqla mübarizə çox vaxt və enerji aparır. Biz indiyə kimi AzərTAc Dövlət Agentliyi istisna olunmaqla, Azərbaycanın heç bir KİV-indən nəsə götürməmişik. Bu agentliyin materiallarını da istinadla yaymışıq. Bir neçə dəfə istinadla «Azadlıq» radiosunun materiallarından istifadə etmişik.

- Yeni ailə qurmusunuz. Bu, işinizə çətinlik törədirmi? Ümumiyyətlə, qadının belə ağır işdə, özü də rəhbər vəzifədə işləməyi asandırmı?

- Şansım gətirib: həyat yoldaşım məni başa düşür, kömək edir. Onun dəstəyi olmasa, çox çətin olar. Səfərə də gedə bilərəm, evə gec gəlməyim də mümkündür. Bəzən istirahət günləri də işləyirəm. Hətta evə qayıdandan sonra da saatlarla kompüterin qarşısında otururam. Sözsüz ki, bunları anlamaq böyük ürək sahibi olmaq deməkdir.

- Nə vaxtsa seçim qarşısında qalacağınızı güman etmirsiniz ki?

- İnanmıram.

- Gələcək planlarınız nələrdən ibarətdir? Qəzet, televiziya, radio açmaq arzunuz yoxdur ki?

- Çox planımız var. Bir ay sonra dörd sayt istifadəyə verəcəyik. Artıq bütün konturlar cızılıb, hazırdır. APA-nın saytına yeni dizayn verəcək, sayta müasir elementlər əlavə edəcəyik. Gördüyümüz işlərin nəticəsində dünyanın istənilən yerindən hesab nömrəsini daxil etməklə saytdan xəbərləri almaq mümkün olacaq. APA-nın ayrıca iqtisadiyyat agentliyi yaranıb və hazırda fəaliyyət göstərir. Onların da öz saytı olacaq. Foto agentliyimiz də işə başlayır, saytı olacaq. Ayrıca internet səhifəsi olmaq şərtilə idman agentliyi də yaratmışıq. Qarşıda isə digər məsələlər – daha çox xarici dilə tərcümə olunma və s. layihələr var.

Ən böyük arzularımdan biri Azərbaycanda media-holdinq yaratmaqdır. Mən jurnalistikadan getmək fikrində deyiləm və bu sahəyə əbədi iş yeri kimi baxıram. Özümü heç cür dövlət işində görmürəm.


"Media forum"
pxl
picSEMNEBİ AZƏRBAYCANA GƏLİR
2010-09-03 - 18:41:00
Piter Semnebi Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi sentyabrın 5-7-də Azərbaycanda səfərdə ardı >>>
mej
MƏTBUAT ŞURASININ KOMİSSİYASI 6 MÜRACİƏTİ ARAŞDIRIB
2010-09-03 - 18:01:00
Sentyabrın 3-də Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib. Mətbuat Şurası sədrini ardı >>>
mej
picMÜBARİZ ƏHMƏDOĞLU: “RUSİYA 20 İL ƏRZİNDƏ QAFQAZDA SABİTLİK YARADA BİLMƏYİB”
2010-09-03 - 18:00:00
Mübariz Əhmədoğlu Sentyabrın 3-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) avqust ayında beynəlxalq və re ardı >>>
mej
ÇİN İRANDA 20 MİLYARD DOLLARLIQ DƏMİRYOLU ÇƏKƏCƏK
2010-09-03 - 13:56:00
İranın nəqliyyat naziri Həmid Bəhbəhani bildirib ki, ölkənin qərbində dəmiryol xəttinin tikilməsi üçün Çinlə s ardı >>>
mej
picNAR MOBİLE: “SƏSİNİZ HƏR YERDƏ EŞİDİLƏCƏK”
2010-09-03 - 11:04:00
Sentyabrın 1-dən “Nar Mobile” “Nar Mobile ilə səsiniz hər yerdə eşidilsin!” kampaniyasına start verib. “Azerfon” şirkətindən “Media forum” sa ardı >>>
mej
İKİ SƏFİRLİYİN TABELİYİNDƏ MƏDƏNİYYƏT MƏRKƏZLƏRİ YARADILIR
2010-09-03 - 09:18:00
Prezident İlham Əliyev sərəncam imzalayaraq Azərbaycanın Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində mədəniyyət ardı >>>
mej
picATƏT-in BAKI OFİSİNİN RƏHBƏRİ NAXÇIVANDA NİYƏ YALNIZ RƏHBƏRLİKLƏ GÖRÜŞÜB?
2010-09-02 - 18:04:00
Əli Bilgə Cankorel ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel avqustun 31-də Naxçıvan Muxtar Respublikasına səf ardı >>>
mej
pic“MƏMUR ON MİNLƏRLƏ MANAT DƏYƏRİNDƏ QABDAN ÇAY İÇİRSƏ, NƏYƏ GÖRƏ “VƏSAİT HARDANDIR” SUALI MEYDANA ÇIXMASIN?”
2010-09-02 - 17:29:00
Zeynal Məmmədli Parlament seçkisi yaxınlaşdıqca jurnalistlərin peşə davranışı ilə bağlı məsələ ardı >>>
mej
picMEDVEDYEVİN KORTEJİ NEÇƏYƏ SIĞORTA OLUNUB?
2010-09-02 - 17:13:00
“Atəşgah Sığorta” şirkəti Azərbaycana ikigünlük səfərə gələn Rusiya prezidenti Dmitri Medvedyevin kortejini sığortalad ardı >>>
mej
pic“YOLSUZ” (Romandan parça)
2010-09-01 - 15:04:00
Nəriman ƏBDÜLRƏHMANLI     Bugünlərdə tanınmış nasir, Azərbaycan nəsrinin 80-ci illər nə ardı >>>
mej
picAZƏRBAYCANDA BLOQÇULUQ (1)
2010-09-01 - 11:21:00
“Media forum” saytı “Azərbaycanda bloqçuluq” mövzusunda müzakirə keçirib. Redaksiyanın qonağı olan bloqçular söhbətə özl ardı >>>
mej
picREGİONLARIN DÖVLƏT BÜDCƏSİNDƏN ASILILIĞI
2010-09-01 - 11:16:00
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi regionların dövlət büdcəsindən asılılıq səviyyəsini g&# ardı >>>
mej
picERMƏNİSTANIN YALANÇI HESABATI
2010-08-31 - 18:41:00
Cəsur SÜMƏRİNLİ “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Ermənistanın 2009-cu ildə ardı >>>
mej
picNƏ GÖZLƏYƏK?
2010-08-31 - 17:59:00
Dmitri Medvedyev Rusiya prezidenti Dmitri Medvedyev sentyabrın 2-də Azərbaycana gəlir. İki gün çəkəcək səfər Rusiya və ardı >>>
mej
picQARABAĞ İMƏCİLİYİ
2010-08-31 - 12:06:00
Vahid QAZİ Avqustun 20-də Ermənistan və Rusiya müdafiə nazirləri “Rusiya hərbi bazası Ermənistan Respublikasının əraz ardı >>>
mej
picAZƏRBAYCAN ÖZ QƏHRƏMANININ MEYİTİNİN VERİLMƏSİNƏ NAİL OLMAQ ÜÇÜN NƏ ETMƏLİDİR?
2010-08-30 - 16:41:00
2010-cu il iyunun 18-dən 19-na keçən gecə cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrini böyük itkilərə m&# ardı >>>
mej
pic“DAĞLARIN QOYNUNDA GÖZƏL BİR KƏND VAR, ADI KƏLƏKİ...”
2010-08-30 - 15:17:00
Sultan MƏRZİLİ Kələki Əbülfəz Elçibəyin xatirəsinə Dağların qoynunda gözəl bir kənd va ardı >>>
mej
picBAĞIŞLA BİZİ, ÇİNGİZ!..
2010-08-30 - 13:09:00
Biz sənə çox şeyi bağışlaya bilmirdik. Sən bizə hər şeyi bağışla, Çingiz! Bağışla ki, sənə pax& ardı >>>
mej
picÇİNGİZ MUSTAFAYEV - 50
2010-08-30 - 12:34:00
Bu il şəhid-jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 50 illiyidir. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da ana ardı >>>
mej
picMƏTBUAT, ELÇİBƏY, İSA BƏY, ETİBAR BƏY, TAHİR BƏY və BAŞQALARI
2010-08-30 - 10:55:00
    “Media forum” saytı mərhum jurnalist Məmməd Nazimoğlunun müxtəlif illərdə qələmə aldığı yazı ardı >>>
mej
picQƏBİR KÖÇÜ
2010-08-27 - 15:20:00
Bakının 7-ci mikrorayonundakı qəbiristanlığın bir hissəsinin söküntüsü davam edir. Bu ərazi tikiləcək metro deposuna gör ardı >>>
mej
picSEÇKİ BLOKU: QANUN NƏ DEYİR?
2010-08-27 - 12:25:00
Bəzi siyasi partiyalar noyabrın 7-də keçiriləcək parlament seçkisinə blok şəklində qatılmağı planlaşdırır. “Media ardı >>>
mej
picQAFQAZDA HƏRBİ BALANS NECƏ POZULUR?
2010-08-26 - 18:46:00
Cəsur SÜMƏRİNLİ “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Prezident Administrasiyasının & ardı >>>
mej
picGƏNCLƏRİN GÖRÜŞ YERİ
2010-08-26 - 12:16:00
Sənubər Heydərli Tural Abbaslı Əbülfəz Qurbanlı Ağarəhim Poladov Azərbaycanda müstəqil və m ardı >>>
mej
picBÖYÜK QƏHRƏMANLIQ HAQQINDA YIĞCAM TELETARİXÇƏ
2010-08-26 - 11:56:00
...İctimai Televiziyanın belə bir sənədli filmi çəkib başa çatdırması barədə xəbər qəfil yayıldı. Buna q< ardı >>>
mej
pic2010-cu İLİN RAMAZAN TƏQVİMİ
2010-08-09 - 17:39:00
“Media forum” saytı Qafqaz Müsəlmanları İdarəsinin 2010-cu il üçün hazırladığı Ramazan təqvimini oxuculara təqdim edir. Bak& ardı >>>
mej
mej
                    Rambler's Top100     Site by WEBB Bütün hüquqlar qorunur 2005
© Copyright Internews Azerbaijan
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir