Güneyli fəal, hazırda həbsdə olan Abbas Lisaninin və digər məhbusların azadlığa buraxılması tələbi ilə keçirilən aksiyada «Lisani Lisani yolun davam edəcək!», «Faşist İran həya et, Lisanini Azad et», «Lisani – Abbasi yolun davam edəcək!», «Lisaniyə azadlıq !», «Olum olsun fars şovinizminə!», «Azərbaycan oyaqdır, varlığına dayaqdır!» şüarları səsləndirilib.
Səfirliyin yaxınlığındakı polis əməkdaşlarının müdaxiləsindən sonra piketçilər ərazini tərk ediblər.
Qeyd edək ki, hazırda A.Lisani Ərdəbil mərkəzi həbsxanasında saxlanılır. Lisani Ərdəbil prokurorluğunun və ETTELLAAT-ın təzyiqlərinə etiraz olaraq aclıq aksiyası keçirir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |









































