2010-03-02 - 16:20
![]() |
|
Yuliya Timoşenko |
Prezident Viktor Yanukoviç Yuliya Timoşenkonun baş nazir kürsüsünü tərk edəcəyi günü səbirsizliklə gözlədiyini deyib.
Brüsseldə jurnalistlərə danışan prezident Ukrayna xalqının Timoşenkonun 5 illik baş nazirliyindən bezdiyini vurğulayıb: “Timoşenko baş nazir kürsüsündə xeyli vaxt keçirdi. Yaxşı olardı ki, özü bu vəzifəni tərk etsin. Bu, parlamentdə həm yeni koalisiyanın, həm də yeni hökumətin formalaşdırılmasına yol açardı. İstisadi böhranla mübarizədə vaxt itirmək olmaz”.
“Media forum” saytının məlumatına görə, jurnalistlərin “Timoşenko öz istəyi ilə vəzifəsini tərk etməsə, nə baş verəcək” sualına belə cavab verib: “Bizim başqa variantlarımız yoxdur. Məncə, parlament Timoşenkonu istefaya göndərməyə tam hazırdır”.
Timoşenkonun parlamentdəki fraksiyasının lideri İvan Kirilenko isə açıqlama verərək deyib: “Baş nazir istefa verməyə bir şərtlə razıdır - onun yerinə keçmiş prezident Viktor Yuşşenkonun rəhbəri olduğu “Bizim Ukrayna” blokundan kiminsə namizədliyi irəli sürülsün”.
Martın 3-də Ukrayna parlamenti hökumətə etimad məsələsini səsverməyə çıxaracaq.


