Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
ELMİ DİASPOR SAYTI AÇILIB
2010-03-03 - 17:47

print

Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı (AKTAM) www.elmidiaspora.internet.az  saytının təqdimatını keçirib.

Təşkilatdan “Media forum”a daxil olan məlumatda deyilir ki, Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən dəyirmi masada AKTAM-ın

Təhsil Naziriliyi, AMEA, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Texniki Universiteti, Turizm İnstitutu və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə reallaşdırdığı “Azərbaycanın elmi diasporu” layihəsi ətrafında müzakirələr aparılıb.

AKTAM sədri Natiq Əhmədov bildirib ki, layihədə məqsəd xaricdə yaşayan həmvətənlərimizin – alimlərin, tədqiqatçıların müasir texnika və texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankını yaratmaqdır (onlar haqqında ümumi məlumatlar, əlaqə ünvanları, elektron poçt ünvanları, nəşr olunmuş elmi əsərlərinin siyahısı və s.).

Layihə eyni zamanda xaricdə yaşayan, elmi-tədqiqat, innovasiya fəaliyyəti ilə məşğul olan alimlərimizlə Azərbaycanda fəaliyyət göstərən alimlərin internet şəbəkəsində daimi dialoqunu yaratmağı nəzərdə tutur.

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsinə başlanan layihə Azərbaycanla yanaşı diaspor təşkilatlarının fəaliyyət göstərdiyi 40 ölkəni və hələlik diaspor təşkilatı olmayan, ancaq Azərbaycanın səfirliyi olan 16 ölkəni əhatə edəcək.



"Media forum"