Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
BAŞ NAZİR VƏZİFƏSİNƏ YUŞŞENKONUN DA ADI HALLANIR
2010-03-03 - 18:20

print

Yuliya Timoşenko

Ukrayna parlamenti martın 3-də baş nazir Yuliya Timoşenkonu istefaya göndərib. İclasda qeydə alınan 404 deputatdan 243-ü istefanın lehinə səs verib: Regionlar Partiyası - 172 səs, Kommunist Partiyası - 27 səs, Litvinin Bloku - 17 səs, “Bizim Ukrayna” bloku - 15 səs, Yuliya Timoşenkonun bloku - 7 səs, müstəqil deputatlar - 5 səs.

Nazirlər yeni hökumət formalaşana qədər vəzifələrini icra edəcəklər. Prezident Viktor Yanukoviçin yeni hökumət formalaşdırmaq üçün yaxın günlərdə danışıqlara başlayacağı bildirilir. Bəzi analitiklər Yanikoviçin baş nazir vəzifəsini yaxın dostu Nikolay Azarova həvalə edəcəyini proqnozlaşdırırlar. Ancaq gözlənilməz ssenarilər də mümkündür.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Anna German martın 2-də yerli televiziya kanallarından birinı verdiyi müsahibədə keçmiş prezident Viktor Yuşşenkonun da yaxşı baş nazir ola biləcəyini deyib. Ancaq German Yuşşenkonun açıqlamalarını xatırladaraq baş nazir vəzifəsinin keçmiş prezidenti maraqlandırmadığını da vurğulayıb.



"Media forum"