2010-03-04 - 19:14
![]() |
![]() | |
|
Ramil Usubov |
Tomas Hammerberq |
Martın 4-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul edib. Məlumat “Media forum” saytına nazirliyin mətbuat xidmətindən verilib.
Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında əlaqələrin yaradılmasından danışan R.Usubov bu əlaqələr çərçivəsində görülən işlərin əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən qanunvericilik bazasının təkmilləşdirilməsi, bir sıra normativ aktların və yeni qanunların qəbul edilməsi bu əməkdaşlığın nəticəsidir.
Görüş zamanı polisin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilib.
R.Usubov bildirib ki, Daxili İşlər Nazirliyi hansısa polis əməkdaşının törətdiyi hər cür neqativ təzahürlərə qarşı mübarizə aparır və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır.
Nazirliyin mətbuat xidmətindən verilən məlumatda görüşdə bir sıra digər məsələlərin müzakirə olunduğu da bildirilir.



