Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
YUNANISTANA TƏKLİF GƏLİB: ADALARI SATIN
2010-03-05 - 17:00

print

Almaniyanın siyasi dairələri ağır borc içində olan Yunanıstana maraqlı təklif irəli sürüblər: Aralıq dənizindəki adaları satmaq.

“Media forum” saytının məlumatına görə, Almaniyanın hakim partiyasının təmsilçisi Marko Vandervitsa bildirib ki, Yunanıstanın adaları çoxdur və Yunanıstan bu adaları satmağa başlamaqla dövlət borcunu qismən azalda bilər. Hakim partiyanın üzvü Yozef Şlarmann da M.Vandervitsa ilə şərikdir.

Y.Şlarmann Yunanıstanın adalarla yanaşı, dövlət ehtiyatında olan xeyli mülkiyyətinin, binasının olduğunu xatırladaraq, Afinanın onları satmağa başlaması zərurətini də vurğulayıb.

Ümumiyyətlə Almaniyanın siyasi və ictimai dairələri Yunanıstana maliyyə yardımı etməyin əleyhinədir. Almaniya kansleri Anqela Merkel də eyni mövqedədir. Ona görə də Yunanıstanın baş naziri Papandreu Avropa Birliyinin aparıcı dövləti olan Almaniyadan əlini üzüb. Papandreu Merkellə görüşdən əvvəl jurnalistlərə deyib ki, Yunanıstan Almaniyadan iqtisadi yardım xahiş etməyəcək: “Biz Almaniyadan 1 avro da istəmirik. Bizim üçün önəmli olan siyasi dəstəkdir”.

Buna baxmayaraq, 300 milyard avro borcu olan Yunanıstanın yalnız siyasi dəstəklə bu durumdan necə çıxacağı sual altındadır. İllər boyu Avropa Birliyinin ianələri hesabına yaşayan yunanlar maaşlarının, müavinətlərinin azalmasından narazıdırlar.



"Media forum"