Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
ŞİMALİ İRLANDİYANIN HÜQUQLARI ARTIR
2010-03-10 - 12:32

print

Şimali İrlandiya Assambleyası Böyük Britaniyanın bu bölgəsinin hüquq sistemi və polisini yerli orqanların idarə etməsinə səs verib. Bundan sonra London Belfasta polis rəisii və ya prokuror təyin etməyəcək.

London idarəetmə dəyişikliyinə razılıq verib. Şimali İrlandiya Assambleyasının qərarı aprel ayından qüvvəyə minir. Həmin ay Şimali İrlandiyada ədliyyə naziri vəzifəsi təsis olunacaq.

Siyasi ekspertlər Londonla Belfast arasındakı anlaşmanı tarixi adlandırılar. Digər tərəfdən uzun illər bir-birləriylə silahlı mübarizə aparan yerli partiyalar da ortaq məxrəcə gəliblər. Həmin partiyalar Şimali İrlandiyanın təhlükəsizliyinə birgə cavabdeh olacaqlar.



"Media forum"