Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
BERLUSKONİ JURNALİSTİ TƏHQİR EDİB, MÜDAFİƏ NAZİRİ İSƏ ONUN ÜSTÜNƏ ATILIB
2010-03-11 - 13:56

print

İtaliyanın baş naziri Silvio Berluskoni martın 10-u Romada keçirdiyi mətbuat konfransında jurnalist Rokko Karlomanyonu təhqir edib. “Media forum” saytının məlumatına görə, jurnalistin korrupsiya ilə bağlı sulaına əsəbiləşən baş nazir deyib: “Siz nəinki yaxşı tərbiyə almamısınız, eyni zamanda gülüncsünüz. Mən başa düşürəm, niyə bu qədər acıdilsiniz, çünki hər gün səhər aynaya baxanda əhvalınız pozulur”.

Berluskoninin təhqiramiz nitqindən sonra müdafiə naziri İnyatsio La Russa jurnalistin yaxasından yapışaraq onu “otur yerində tərbiyəsiz” ifadəsiylə susdurmaq istəyib.

Rokko Karlomanyo müdafiə nazirini məhkəməyə verəcəyini bildirib.

 
 
 
 
 
 
 
 
 
 



"Media forum"