Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
NİKOLAY AZAROV UKRAYNANIN BAŞ NAZİRİ OLDU
2010-03-11 - 14:53

print

Nikolay Azarov

Martın 11-də Ukrayna parlamenti Nikolay Azarovu baş nazir vəzifəsinə təsdiqləyib.

N.Azarovun namizədliyini Ukrayna prezidenti Viktor Yanukoviç və parlament koalisiyası irəli sürmüşdü.

Ukraynanın bundan əvvəlki baş naziri Yuliya Timoşenko idi.

“Media forum” saytı xəbər verir ki, N.Azarov 1947-ci ildə Rusiyanın Kaluqa şəhərində doğulub. Moskva Dövlət Universitetini bitirib. 1990-cı illərdə Ukrayna parlamentinin deputatı olub. 2000-ci illərdə Ukrayna baş nazirinin birinci müavini, maliyyə naziri vəzifələrində çalışıb.

Sonuncu prezident seçkisində V.Yanukoviçin seçki qərargahına rəhbərlik edib. V.Yanukoviç prezident seçiləndən sonra başçılıq etdiyi Regionlar Partiyasına rəhbərliyi N.Azarova tapşırıb.

Ukraynanın yeni prezidenti V.Yanukoviç səlahiyyətlərinin icrasına fevralın 25-dən başlayıb. Seçki zamanı onun əsas rəqibi Y.Timoşenko olub.



"Media forum"