2010-03-11 - 09:34

Fransa səfərində olan Ermənistan prezidenti Serj Sərkisyan martın 10-da həmkarı Nikola Sarkozi ilə görüşüb. Parisin Yelisey sarayında keçirilən görüşdə dövlət başçıları iki ölkənin münasibətlərindən razılıq ifadə ediblər. “Fransa Ermənistana qəlbən ehtiram bəsləyir. Ölkəmizdəki erməni diasporu isə xalqlarımız və dövlətlərimiz arasında sarsılmaz körpüdür” – Sarkozi belə deyib.
“Media forum” saytının məlumatına görə, Fransanı erməni xalqına yaxın dost və etibarlı müttəfiq saydığını vurğulayan Sərkisyan “erməni soyqırımı” məsələsində tutduğu prinsipial mövqeyinə görə” rəsmi Parisə təşəkkürlərini çatdırıb: “Fransa hər vaxt Ermənistanın yanındadır”.
Ermənistan prezidentinin mətbuat xidməti xəbər verir ki, Sarkozi-Sərkisyan görüşündə Dağlıq Qarabağ münaqişəsinin sülhlə həllinə yönələn danışıqlar da müzakirə olunub.


