2010-03-12 - 14:34
Miroslav Layçak

Slovakiyanın xarici işlər naziri Miroslav Layçak martın 14-16-da Azərbaycana rəsmi səfər edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, səfər çərçivəsində M.Layçakın azərbaycanlı həmkarı Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Görüşlər zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, ölkələr arasında əməkdaşlığın perspektiv istiqamətləri, regional və digər məsələlər müzakirə ediləcək.
XİN-də keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı olacaq.
"Media forum"

