Avropa qonsulugu ENPI
Arxiv
Xəbərlər
AZƏRBAYCANIN NATO PARLAMENT ASSAMBLEYASINDAKI NÜMAYƏNDƏ HEYƏTİ YEREVAN SEMİNARINA QATILMAYIB
2010-03-12 - 16:48

print

Zahid Oruc

Azərbaycanlı deputatlar NATO Parlament Assambleyasının Yerevanda keçirilən “Rose Roth” seminarına getməyiblər.

Azərbaycan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Zahid Oruc “Media forum” saytına deyib ki, onlar qurum çərçivəsində keçirilən tədbirlərin əksəriyyətində iştirak edirlər: “Lakin Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən “Rose Roth” seminarına qatılmayıb. Bunun da xüsusi olaraq izahının verilməsinə ehtiyac yoxdur. Çünki bu seminarlarda iştirak məcburi xarakter daşımır, hər bir ölkə bunu müstəqil şəkildə müəyyənləşdirir. Hər hansı tədbirdə iştirak etməmək problemlərə səbəb olmur, münasibətlərə təsir etmir”.

Deputat bildirib ki, Ermənistan NATO-nun tədbirlərində ən passiv iştirak edən ölkələr sırasındadır: “Şəxsən mən heç bir halda Yerevanda keçirilən seminarda iştirak etməzdim. Bunun adı təhlükəsizlik seminarıdır. Ən böyük təhlükə elə Ermənistandır”.

Yerevanda keçirilən seminarda Azərbaycandan politoloq İlqar Məmmədov iştirak edib.

Azərbaycan və Ermənistan NATO Parlament Assambleyasının assosiativ üzvüdür.



"Media forum"