Avropa qonsulugu ENPI
Arxiv
Bölgə
İRANDA MƏHDUDİYYƏTLƏ ÜZLƏŞƏN “MƏHƏBBƏT XATINLARI” AVROPADA KONSERT VERƏCƏK
2010-03-05 - 17:44

print

İranda fəaliyyətinə müxtəlif məhdudiyyətlər qoyulan, üzvlərinin hamısı qadınlar olan “Məhəbbət xatınları” musiqi qrupu Novruz bayramı ərəfəsində Avropanın beş ölkəsində konsert verəcək.

“Media forum” saytının məlumatına görə, bütün ifaları İrandakı son olaylardan təsirləndiyi bildirilən qrupun 6 üzvü var.

“Məhəbbət xatınları”nın rəhbəri Pəriçehr Xacədir. O, qrupda həm də kanon çalır. Qrupunun digər üzvləri bunlardır: Asarə Şikarçı (kamança), Gülnuş Salehi (tar), Qohərnaz Məsaeli (dümbək), Müjgan Əbdülfəthi (qaval) və Mehrbanu (xanəndə).

4 il əvvəl təşkil olunan bu musiqi qrupu İranda müxtəlif qadağa və məhdudiyyətlərlə üzləşdiyi üçün bu günə qədər ölkə daxilində konsert verməyib. Hökumət qrup üzvlərinə ölkədə qapalı məkanlarda yalnız qadınlara konsert vermək icazəsi versə də, qrup bu şərtlərlə razılaşmayıb və konsertlərini yalnız xarici ölkələrdə keçirmək qərarına gəlib.

Qrupun Belçika, Almaniya, Danimarka, İsveç və İspaniyada konsert verəcəyi bildirilir.



"Media forum"