Avropa qonsulugu ENPI
Arxiv
Bölgə
DÜNYANIN 227 KİNEMATOQRAFÇISI AZƏRBAYCANLI KİNOREJİSSORUN AZADLIĞA BURAXILMASINI TƏLƏB EDİR
2010-03-10 - 15:43

print

Cəfər Pənahi

Dünyanın 227 nəfər məşhur kinematoqrafçısı birgə bəyanat yayaraq 8 gün əvvəl öz mənzilində tutulub həbsə salınan azərbaycanlı kinorejissor Cəfər Pənahinin və onun həmkarı Məhəmməd Rəsulovun azadlığa buraxılmasını tələb ediblər.

“Media forum” saytı xəbər verir ki, kinematoqrafçılar bəyanatı martın 9-da qəbul ediblər. Bəyanatda deyilir ki, C.Pənahi və M.Rəsulovun həbsi nifrət və qəzəbə səbəb olub: “Biz Avropa, Amerika və digər ölkələrin incəsənət xadimləri və kinematoqrafçıları olaraq Cəfər Pənahi və Məhəmməd Rəsulovun dərhal azadlığa buraxılmasını tələb edirik”.

Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları martın 2-nə keçən gecə Pənahinin mənzilinə basqın edərək onu, xanımı Tahirə Səidi, qızı Solmaz Pənahi, 15 nəfərdən çox həmkarları və digər qonaqları ilə birlikdə tutaraq bilinməz istiqamətə aparıblar. Evdə 4 saat axtarış aparılıb, kinorejissorun şəxsi kompüteri, əlyazmaları, son ssenarisinin mətni və bəzi əşyaları götürülüb.

İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin tərəfdarı olan C.Pənahi əvvəllər də müxtəlif təzyiqlərə məruz qalıb, bir neçə dəfə onun ölkədən çıxmasına qadağa qoyulub.

C.Pənahi və M.Rəsulov İran İslam Respublikasının vətəndaşlarıdır.



"Media forum"