2010-03-04 - 17:02
![]() |
|
Teymur Abdullayev |
Tərtər rayonundakı N saylı hərbi hissədə əsgər öldürülüb.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin “Turan”a verdiyi məlumata görə, martın 3-ü axşam saatlarında hərbi hissənin əsgəri, 1990-cı il təvəllüdlü Vilayət Novruzov silahla ehtiyatsız davranaraq atəş açıb. Nəticədə onun əsgər yoldaşı, 1990-cı il təvəllüdlü Rövşən Əliyev həlak olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Media forum"


