2010-03-12 - 15:56
![]() |
|
Eynulla Fətullayev |
Martın 12-də Bakı Apellyasiya Məhkəməsi məhbus jurnalist Eynulla Fətullayevin Bakı İstintaq Təcridxanasında saxlanma müddətinin 2 ay uzadılması barədə Qaradağ Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib. “Turan” belə məlumat yayıb.
E.Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Jurnalist 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və jurnalist 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
2009-cu il dekabrın 29-da cəza çəkdiyi 12 saylı Cəzaçəkmə Müəssisəsində jurnalistin üzərindən narkotik vasitə tapıldığı açıqlanıb. Jurnalistə Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) yeni cinayət işi açılıb.


