İnsan haqqı
Arxiv
Bölgə
AZƏRBAYCANLI KİNOREJİSSORUN EVİNDƏ TUTULAN ŞƏXSLƏRİN ADLARI AÇIQLANIB
2010-03-04 - 14:54

print

Cəfər Pənahi

İranın dünya şöhrətli azərbaycanlı kinorejissoru Cəfər Pənahinin evində tutulanların adları açıqlanıb.

Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları martın 2-nə keçən gecə Pənahinin mənzilinə basqın edərək onu, xanımı Tahirə Səidi, qızı Solmaz Pənahi, həmkarları və digər qonaqları ilə birlikdə tutaraq bilinməz istiqamətə aparıblar. Evdə 4 saat axtarış aparılıb, kinorejissorun şəxsi kompüteri, əlyazmaları, son ssenarisinin mətni və bəzi əşyaları götürülüb.

Pənahinin oğlu jurnalistlərə açıqlamasında valideynlərinin həbsini atasının İrandakı müxalif “yaşıl hərəkat” və onun liderlərindən Mirhüseyn Musəvinin tərəfdarı olması ilə əlaqələndirib.

“Media forum” saytının məlumatına görə, İrandakı “yaşıl hərəkat” mənbələri azərbaycanlı kinorejissorun evində tutulan həmkar və qonaqlarının adlarını açıqlayıb - Məhəmməd Rəsulov (kinorejissor), İbrahim Qəfur (operator), İman Qəfuri (operator köməkçisi), Bamdad Mucani, Ariyan Rəhmani, Mehrdad Mirkiyani, Kuruş Əsğəri, Murtuza Dehnəvi, Vəhid Vəkilifər, Mehdi Purmusa, Calal Vəfayi, Simin Novruzi, Kazım Ruzitələb, Şəmsi Sadiqi, Tahirə Məhdəvi və Əli Vahidi. Onların harada saxlanması barədə məlumat verilmir.



"Media forum"