İnsan haqqı
Arxiv
Bölgə
ZİNDANDA ACLIQ EDƏN JURNALİSTİN SƏHHƏTİ KƏSKİN PİSLƏŞİB
2010-03-04 - 12:50

print

Abdulla Səduqi

Təbriz zindanında qanunsuz saxlandığını iddia edərək iki həftə əvvəl aclıq aksiyasına başlayan azərbaycanlı jurnalist Abdulla Səduqinin səhhətində ciddi problemlər yaranıb.

Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşları Səduqini ay yarım əvvəl Təbrizin məşhur futbol komandası “Traktorsazi”nin təbliğat vərəqələrini Azərbaycan dilində çap etdirib yaydığı üçün tutublar.

“Media forum” saytının məlumatına görə, 14 günlük aclıq aksiyasından sonra Səduqinin mədəsində qansızma əmələ gəlib. Onun başgicəllənməyə düçar olduğu, təzyiqinin kəskin düşdüyü bildirilir.

Son məlumatda ETTELAAT əməkdaşlarının aclıq nəticəsində 20 kiloqram çəki itirən jurnalisti döyüb zindanın xəstəxanasına apardığı vurğulanır.



"Media forum"