İnsan haqqı
Arxiv
Bölgə
ÖLKƏDƏN ÇIXMASINA QADAĞA QOYULAN ŞAİRƏ: “İRANLI QADINLAR ÖN CƏRGƏDƏ GEDİRLƏR”
2010-03-09 - 13:34

print

Simin Behbəhani

İranın məşhur müxalif şairəsi Simin Behbəhaninin ölkədən çıxmasına qadağa qoyulub.

“Media forum” saytının məlumatına görə, Tehranın “İmam Xomeyni” beynəlxalq aeroportunun ETTELAAT şöbəsinin əməkdaşları martın 8-də Paris meriyasının rəsmi dəvəti ilə Beynəlxalq Qadınlar Günü tədbirinə qatılmaq üçün Fransaya getmək istəyən Behbəhaninin pasportunu əlindən alaraq onun xaricə getməsinə qadağa qoyulduğunu bildiriblər.

Avropa ölkələrinə əvvəlki səfərlərində İrandakı “yaşıl hərəkat”ı dəstəkləyən, iranlı qadınların müxtəlif təzyiqlərə, ayrı-seçkiliyə məruz qaldığını kəskin tənqid edən Behbəhani jurnalistlərlə görüşündə iranlı qadınların azadlıq uğrunda apardığı mübarizəni dayandırmayacaqlarını deyib: “Bu gün qadınlarımızın zülm və ayrı-seçkilik qarşısında göstərdiyi müqavimət təqdirəlayiqdir. Bu gün gender bərabərliyi uğrunda mübarizə aparan iranlı qadınlar ön cərgədə gedirlər.

Çox sevindirici haldır ki, Azərbaycan, İsfahan və Tehrandakı müdrik kişilərimiz qadınlarımızın ölkə daxilində apardığı feminist hərəkata geniş dəstək verirlər”.



"Media forum"