İnsan haqqı
Arxiv
Bölgə
TANINMIŞ İSLAHATÇI AZADLIĞA BURAXILIB
2010-03-11 - 15:06

print

Mustafa Taczadə

Məhəmməd Xatəminin prezidentliyi dövründə İran daxili işlər nazirinin siyasi məsələlər üzrə köməkçisi olmuş Mustafa Taczadə 9 ay həbsdən sonra azadlığa buraxılıb.

M.Taczadə İslahatçı İnqilab Mücahidləri Təşkilatının və İran Müşarikət Partiyasının üzvüdür.

“Media forum” saytının məlumatına görə, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlardan sonra tutulub həbsə salınan M.Taczadə ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, vətəndaşları iğtişaşlara yönəltməkdə və dini rəhbər Əli Xamneyini təhqir etməkdə günahlandırılırdı.

Həbsini İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) məxsus təkadamlıq kameralarda və digər zindanlarda keçirən M.Taczadənin bu müddətdə efirə çıxıb yalançı etiraflar etmək üçün müxtəlif təzyiq və işgəncələrə məruz qaldığı bildirilir.

M.Taczadə son 9 ayda həbsə salınan müxaliflər arasında zindanda hökumət məmurlarının təzyiqlərinə ən çox müqavimət göstərən, hakimiyyətə əyilməyən müxaliflərdən biri kimi tanınır.



"Media forum"