2010-03-11 - 15:55
![]() |
|
Səid Leylaz |
Tehranın Şəhid Beheşti Universitetinin müəllimi, islahat tərəfdarı, tanınmış jurnalist Səid Leylaz 6 il həbsə məhkum edilib.
“Media forum” saytının məlumatına görə, hökm Tehran İnqilab Məhkəməsində çıxarılıb.
2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlar zamanı tutulan, 9 aydır həbsdə saxlanan S.Leylaz dini rəhbər Əli Xamneyini təhqir etməkdə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və ictimai asayişi pozmaqda təqsirli bilinib.
"Media forum"


