2010-03-12 - 17:24
![]() |
|
Pərvin Ərdəlan |
İranda gender bərabərliyi uğrunda mübarizə aparan “Bərabərlik üçün dəyişiklik” saytının əməkdaşları “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatı və “Google” portalının birgə təsis etdiyi “İnternet vətəndaşı” beynəlxalq mükafatına layiq görülüblər.
“Media forum” saytının məlumatına görə, martın 11-də Fransa paytaxtı Parisdə, “Google” portalının ofisində mükafatı alan bloqçu qadınların nümayəndəsi, “Bərabərlik üçün dəyişiklik” saytının əməkdaşı Pərvin Ərdəlan jurnalistlərə açıqlamasında İran qadınlarının apardığı mübarizənin yeni mərhələyə qədəm qoyduğunu deyib: “Bu gün hərəkat demokratik fəaliyyətlə bağlı əldə etdiyi bütün təcrübəsini virtual aləmlə paylaşmaq istəyir”.
“İnternet vətəndaşı” beynəlxalq mükafatı internetdə söz azadlığının müdafiəsi uğrunda fəaliyyət aparan şəxslərə və qurumlara verilir.


