Mediaforum.az :: Xəbərlər«AZADLIQ» BLOKUNUN TƏDBİRİNDƏ İRAN SƏFİRLİYİNİN BİRİNCİ KATİBİ MUSTAFA MƏŞHƏDİ ÖZÜNÜ FARSLARA SATILMIŞ TÜRK ADLANDIRIB2006-06-20, 20:48:00 ![]() Bu tədbir Azərabycanın milli-demokratik qüvvələrinin Güney Azərabycan məsələsində ortaq mövqeyini formalaşdırmaq məqsədi daşıyır. Bu fikri bu gün Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli "Azadlıq" blokunun Beynəlxalq Mətbuat Mərkəzində "İranda yaşayan soydaşlarımızın problemləri və Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələr" mövzsunda keçirilən dəyirmi masada söyləyib. «Turan»ın məlumatına görə, Güney Azərbaycandakı mübarizəni milli və insani haqlar uğrunda mübarizə sayan Ə.Kərimli Güney Azərbaycan türklərinin İranda bir çox problemləri olduğunu deyib. O, bu mübarizəyə Azərbaycan iqtidarı ilə yanaşı ölkənin milli-demokratik qüvvələrinin belə vahid mövqeyi olmadığını qeyd edbi. Güney Azərbaycan Hərəkatının sədri Yasəmən Qaraqoyunlu keçən ay Güney Azərbaycanda baş vermiş hərəkatı rəsmi Tehranın assimlyasiya siyasətinə etiraz kimi dəyərləndirib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının təmsilçisi Əlirza Amanbəyli İran mollalarının hərəkatı "kafirlər hərəkatı" adlandırdıqlarına diqqət çəkdi və eyni zamanda İranın Azərbaycandakı nökərlərinin əli ilə sünni-şiə davası salmaq cəhdlərinə diqqət çəkdi. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu vətəndaş mövqeyi ortaya qoymağı və bu məsələdə vahid mövqeyin olmasını vacib saydığını vurğulayıb. İranın Azərbaycan səfirliyinin birinci katibi Mustafa Məşhədi özünü farslara satılmış türk adlandırıb və milli məsələdə mövqeyi olmadığını vurğulayıb. Azərbaycanın müstəqillik əldə etməsinə baxmayaraq hələ də ölkəni kommunistlərin idarə etməsinə diqqət çəkən natiq hərəkatın gücləndikdə Quzey Azərbaycana da keçəcəyini deyib. M.Məşhədi isə müxalifət qüvvələrini doğru informasiya mənbələrinə malik olmamaqda ittiham edərək hadisələri araşdırmaq üçün İrana nümayəndə heyəti göndərməyi təklif edib. .
|