Mediaforum.az :: Xəbərlər

İRANIN XARİCİ İŞLƏR NAZİRİ MANUÇÖHR MÖTTAKİ: «İRANDA YAŞAYAN XALQLAR ARASINA HEÇ KƏS NİFAQ SALA BİLMƏZ»
2006-06-20, 20:51:00



"İranda bir çox xalqlar - farslar, azərbaycanlılar, kürdlər, bəlluclar, kürdlər və s. xoş münasibətlər şəraitində yaşayır. Onlar hamısı vahid İran xalqının nümayəndələridir və ölkənin idarə edilməsində böyük rol oynayırlar. Onların arasına nifaq salmaq yolverilməzdir və heç mümkün də deyil. İran vətandşlarının özlərinin bunu dərk etməsi və hakimiyyətin düzgün siyasəti bu birliyi poza bilməz".

«Turan»ın məlumatına görə, bu açıqlamanı İranın xarici işlər naziri Manuçöhr Möttaki bu gün Bakıda keçirdiyi mətbuat konfransında İranda son zamanlar azərbaycan əhalisinin hüquqlarının pozumlası ilə əlaqədar keçirilən etiraz aksiyaları ilə bağlı suala cavab verərkən deyib.

Nazir qeyd edib ki, İranın Azərbaycanla "gözəl münasibətləri" var və Tehran "hesab etmir ki, separatizm təhlükələri Bakıdan qaynaqlanır".



.